Braziliyanın sabiq prezidenti həbs olundu FOTO


Dünya 09 Apr 2018 11:03:00 282 0

Braziliyanın sabiq prezidenti həbs olundu  FOTO

Braziliyanın sabiq prezidenti, 72 yaşlı Luis İnasiu Lula da Silva dünən polisə təslim olub.

Son.az El Mundo-ya istinadən bildirir ki, o, ölkənin cənubundakı Kuritiba şəhərindəki Federal Polis İdarəsinə aparılıb. Korrupsiyada suçlanan sabiq prezident artıq həbsxanaya salınıb.

Sabiq dövlət başçısının məhkəmənin qərarından çoxsaylı şikayətlərinin heç biri təmin olunmayıb.

Lulanın tərəfdarları etiraz aksiysı keçirərək polis idarəsinin binasına hücum çəkiblər. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.


Xəbərə aid fotolar