Tramp Əsədi "heyvan" adlandırdı


Dünya 09 Apr 2018 10:11:04 226 0

Tramp Əsədi "heyvan" adlandırdı

Ötən gün Şərqi Quta bölgəsinin müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsi Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 70 nəfər ölüb.

Son.az bildirir ki, bu barədə BBC məlumat yayıb. Kimyəvi silahdan zəhərlənərək ölənlərin arasında uşaqlar da var.

Hadisədən sonra ABŞ prezidenti Donald Tramp bəyanat verib. O, Rusiya və İranın Əsədə dəstək olduğunu vurğulayıb və sosial şəbəkədə yazdığı tvit-də Bəşər Əsədi "heyvan" adlandırıb. O, statusunda qeyd edib ki, Duma şəhəri təcili olaraq tibbi və humanitar yardım üçün açılmalıdır.

"Suriyadakı axmaq hücum nəticəsində aralarında qadın və uşaqların olduğu xeyli ölü var. Ərazi Suriya ordusu tərəfindən mühasirə olunub. Putin və İran "heyvan" Əsədə dəstək olduğuna görə məsuliyyət daşıyır. Əsəd buna görə cavab verəcək".

Rusiya Müdafiə Nazirliyi Duma şəhərində kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Trampın təhdidinə cavab verilib. Bildirilib ki, saxta bəhanələrlə Suriyaya hərbi müdaxilə tamamilə yolverilməzdir və ağır nəticələrə gətirib çıxara bilər.