Təyyarə qəzaya uğrayıb: ölənlər var


Dünya 09 Apr 2018 08:22:00 229 0

Təyyarə qəzaya uğrayıb: ölənlər var

Argentinada kiçik təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həyatını itirib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, ölkənin mülki aviasiya hadisələrinin araşdırılması üzrə bürosu "Twitter" sosial şəbəkəsində məlumat yayıb.

""PA 34 Piper" təyyarəsinin qəzası... Kemu-Kemu və Pelleqrini (La-Pampa vilayəti) aralarında yerləşən kənd ərazisində. Göyərtədə olan beş nəfər ölüb", deyə büro məlumatında bildirib.