Günün qoroskopu: ünsiyyət çevrənizi məhdudlaşdırmayın


Digərləri 09 Apr 2018 00:01:00 336 0

Günün qoroskopu: ünsiyyət çevrənizi məhdudlaşdırmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Gələn məlumatlar, alınan informasiyalar yoxdur. Prosesə süni təkan verərək hadisələri səbəbsiz şəkildə sürətləndirməyin heç bir mənası yoxdur. Maraqlı təsir bağışlasa da, əlavə iş və ya öhdəlik aramayın. Əsas işi çətinlik çəkmədən görə bilərsiniz.

Günün ikinci yarısında yaşlıların və yaşca sizdən kiçiklərin qayğısına qalın. Yeni işə başlamağa hazır olun. Hazırlıq prosesinə xüsusi diqqət ayırın. Danışıqlar aparın. Maraqlarınızı bölüşən insanları arayın.

Axşam saatlarında qəfil hadisə baş verə bilər. Sizinçün önəmli istiqamətdəki proseslər aktivləşəcək.

Suallara cavab alacaqsınız.

Buğa - Təmaslar, görüşlər və alınan xəbərlərin sayı artacaq. Müzakirələr aparmaq olar. Amma şəraitin sürətlə dəyişən nüanslarını, tərəfdaşlarla şəriklərin niyyətlərini və istəklərini nəzərə alın. Tələskənliyə yol verməyin. Yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin.

Günün ikinci yarısı yarımçıq işlərin başa vurulması üçün çox əlverişli zamandır. Ümumi problemləri həll edin. Aktual məsələni həll etmək üçün birgə fəaliyyət əfzəldir.

Ləngiyən layihəni sürətləndirin. Yaxşı sonuclara nail olun.

Əkizlər - Günün ilk yarısında praktik, praqmat olun. Yaxşı tanımadığınız, bələd olmadığınız insanlara maliyyə yardımı ilə bağlı vədlər verməyin. Pulla bağlı öhdəlikləri unutmayın. Yaşama ifrat nikbin baxmayın. Şirnikləndirici təkliflərə aldanmayın.

Sonradan təəssüflənməmək üçün fəaliyyətin optimal istiqamətini seçin.

Günün ikinci yarısı ailə üzvlərindən birinin problemini həll etmək üçün yaxşı zamandır. Qohumlarınıza qayğı ilə yanaşın. Yaradıcılıq sizi sevindirəcək. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Xərçəng - Günün ilk yarısında müxtəlif olayların mozaikasında çaş-baş qalmayın. Şəraitə uyğun olaraq planları sürətlə dəyişməyə hazır olun. Uğur qazanmağınıza yalnız ətrafınızda yaşanan hadisələrə həddən artıq emosional münasibət mane ola bilər.

Günün ikinci yarısında tərəfdaşlarla şəriklərin davranış motivlərini araşdırmağa çalışmayın. Öz işinizlə məşğul olun. Yeni tanışlıqlar və sərfəli görüş şansı var.

Qətiyyətli olun, amma çalışdığınız insanın emosiyalarını da nəzərə alın. Axşam saatlarında fərdi perspektivlərinizi dəyərləndirin. Bir qədər eqoizmdə ziyan yoxdur.

Şir - Əla gündür. İşlərinizlə məşğul olmaqla yanaşı, planlarınızı təkmilləşdirməyi unutmayın. Enerji səviyyəniz yüksələcək. Çox işlər görə bilərsiniz. Məqsədə çatmaq üçün şəriklər və tərəfdaşlarla danışıqlar aparın, qüvvə və biliklərinizi tətbiq etmək məqsədilə yeni sahələr arayın.

Günün ikinci yarısında tərəfdaşlarınızla çalışaraq məqsədə çata bilərsiniz. Onlar maraqlarınızı qoruyacaqlar.

Axşam saatlarında evdə oturmayın. Əylənin, istirahət edin. Alış-verişə yollana bilərsiniz.

Qız - Mövqeləriniz aktiv, yaşam prinsipləriniz dəyişməz olmalıdır. Yeniliklər pis deyil. Fərqli, maraqlı fəaliyyət istiqamətni seçə bilərsiniz. Problemlərin həllində yaradıcı, orijinal metodları seçin.

Günün ikinci yarısında ev işlərinə vaxt ayırmağı unutmayın. İslahatlar edin, yaşam arealını bir qədər fərqli formaya salın.

Axşam saatlarında yaxın ünsiyyət, aktiv istirahət və yaradıcılıqla məşğul olmaq mümkündür. Şəxsi münasibətlərdə heç bir problem yoxdur.

Tərəzi - Yaxın ətrafınızdakı insanların istəklərini anlamağa çalışın. Bu, o qədər də çətin deyil. Kollektivdə mühüm xəbər eşidəcəksiniz. Yaxın günlərlə bağlı maddi perspektivlərinizi müəyyənləşdirin. Stavka etdiyiniz işləri konkretləşdirin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə əhəmiyyətli yeniliklər istisna deyil. Hələlik hər şey ilkin razılaşmalar səviyyəsində olsa da, olayların az sonra alacağı formanı təxminləyin.