Dünyanın ən füsunkar adası və dənizin dibindən gələn zəng səsi FOTO


Digərləri 08 Apr 2018 19:44:00 273 0

Dünyanın ən füsunkar adası və dənizin dibindən gələn zəng səsi  FOTO

Sloveniyanın şimalında, Alp dağlarının ətəyində yerləşən Bled gölü və gölün ortasındakı Bled adası görənləri məftun edir.

Son.az bildirir ki, paytaxt Lubliyananın yaxınlığında yerləşən bu göl və ada Sloveniyaya aşiq olmağınız üçün əla səbəb ola bilər. Bura gələn insanları təbiəti ilə sehrləyən Bled adası təmiz havası, yamyaşıl dağ mənzərəsi ilə sizə özünüzü röyalar aləmində hiss etdirəcək.

Qədim insan izlərinin rast gəlindiyi bu adanın buzlaşma dövründə yarandığı təxmin edilir. 745-ci ildə paqanizmdən xristianlığa keçid alan adada inşa edilmiş 99 pilləli kilsə haqqında maraqlı inanclar və rəvayətlər də mövcuddur.

Məsələn, yeni evlilik zamanı bəy gəlini 99 pillə ilə səssizcə daşıya bilsə, bunun onlara xoşbəxtlik gətirəcəyi düşünülür. Həmçinin adanı ziyarət edənlər tez-tez uğur gətirməsi üçün kilsə zənglərini çalırlar.


Xəbərə aid fotolar