Evi yığışdırın və... 523 kalori yandırın


Digərləri 08 Apr 2018 19:49:00 274 0

Evi yığışdırın və... 523 kalori yandırın

Gərgin iş qrafiki və ev işləri ilə əlaqədar xanımların çoxu idmana getməyə vaxt tapa bilmir. Lakin ev işləri də sizin idmanınız ola bilər. Nəticədə həm eviniz səliqəli olar, həm də özünüz formada qalarsınız. Əlbəttə, yandırdığınız kalorilər çəkiniz və evinizin böyüklüyündən asılı olaraq dəyişəcək. Amma ekspertlər bu yolla ayda ən az 1 kilo arıqlamağınıza zəmanət verir. Son.az ailem.az-a istinadən 5 addımda 523 kalori yandırmağın bir neçə yolunu təqdim edir.

Döşəməni silin. Beləliklə, 20 dəqiqədə təxminən 157 kalori yandırmış olacaqsınız. Döşəməni silərkən bir qolunuzdan dəstək alıb, digər qolunuzu bükmədən özünüzdən uzaqlaşdırmaq əhəmiyyətlidir. Qolunuzun ən çox uzandığı məqamda digər qolunuzu bükmədən özünüzə çəkin və bədənin yüksəlməsinə icazə verin. Qollar, göbək və qarın əzələləriniz işləyəcək.

Şüşələri silin. Bu, sizə 20 dəqiqədə 77 kalori yandırmağa imkan verəcək. Üstəlik, qol və çiyin əzələləriniz də işləyəcək.

Döşəməni tozsoranlayın. Beləcə, 30 dəqiqədə təxminən 88 kalori yandırarsınız. Döşəməni silərkən etdiyiniz kimi qolunuzu geniş tutaraq, tozsoranı bədəninizdən uzaqlaşdırmağı unutmayın. Qolunuz ən çox uzandığı nöqtəyə çatanda tozsoranı özünüzə çəkib hərəkəti təkrarlayın. Bu formada döşəməni təmizləməklə ayaqlar, göbək və qol əzələlərinizi işlədə bilərsiniz.

Tozları alın. Bu addımda bədəniniz bir az istirahət edəcək. Amma kalori yandırmağa davam edəcəksiniz. Digərlərinə nisbətən asan olsa da, toz alaraq 30 dəqiqədə 83 kalori yandırarsınız.

Ütüləyin. Son zərbəni ütü ilə vurun. İşin bu qismində bir az yorulacaqsınız. Lakin təslim olmayın. 45 dəqiqə paltar ütüləyərək, bədəninizdəki 118 kalori ilə vidalaşacaqsınız. Geyimləri yığacağınız səbəti yerə qoyun. Beləliklə, hər dəfə geyimləri səbətə qoymaq və götürmək sizin əyilib-qalxmanız deməkdir.

1 saat evi tozsoranlamaq təxminən 175 kalori yandırmağınıza imkan verəcək ki, bu da bir boşqab makarona ekvivalentdir. 1 saat ev tozsoranlamaq 20 dəqiqə sürətli yeriməyə bərabərdir.

1 saat toz alsanız, 166 kalori yandırarsınız. Bu kiçik bir şokoladın kalorisinə ekvivalentdir. 20 dəqiqə aerobika edərkən yandırılan kalori ilə eynidir.

Ot biçmək 1 saatda 370 kalori yandırır. Bu, 50 dəqiqə tennis oynamağa ekvivalentdir. Üstəlik, ot biçmək ürək əzələlərini də işlədir.