İqtisadi müstəqillik siyasi müstəqilliyin qarantıdır


Digərləri 08 Apr 2018 19:05:00 263 0

İqtisadi müstəqillik siyasi müstəqilliyin qarantıdır

Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və çətinliyi olmayan ölkədir

Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və çətinliyi olmayan ölkədir

Son.az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir.

Sürətli iqtisadi inkişafın, sabitliyin, tolerantlığın, milli və bəşəri dəyərlərin ideal sintezinin nümunəsinə çevrilmiş Azərbaycan həm də qlobal enerji - logistika layihələrinin təşəbbüskarı və iştirakçısı, regionda ən qüdrətli orduya sahib əsas güc mərkəzi olduğunu sübuta yetirib. 

Son illərdə həyata keçirilən uğurlu siyasi-iqtisadi islahatlar həm idarəçilik fəlsəfəsinə yeni məna çalarları gətirib, həm də xalqın daha xoş sabaha olan inamını qat-qat artırıb. Çünki davamlı inkişaf, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi dövlətin sosial siyasətinin prioritetidir.  Bu günlərdə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bu məsələlərə bir daha toxunan Prezident İlham Əliyev həm də Azərbaycanın son 15 ildə qazandığı nailiyyətlərdən söz açıb.

Yenidən qurulan sosial infrastruktur, uğura aparan yol

15 il öncəki sosial-iqtisadi durumu xatırlayan dövlət başçısı vurğulayıb ki, prezident seçildiyi ilk illərdə infrastrukturun, məktəblərin, xəstəxanaların bərbad vəziyyəti, elektrik, qaz, su təchizatının, yolların olmaması halları mövcud idi. Lakin bu məsələlər həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları əsasında öz həllini tapdı: "Bu gün keçdiyimiz yola nəzər salanda görürük ki, Azərbaycanda infrastrukturla bağlı praktiki olaraq bütün məsələlər həll edilib. Son 15 ildə biz 30-dan çox elektrik stansiyası istifadəyə vermişik və elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişik. Bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatacaq".  Bununla yanaşı, son 15 ildə Azərbaycanda 15 min kilometr yol çəkilib, işsizlik göstəricisi azalaraq 5 faizə enib. Bu müddət ərzində 3100-dən çox məktəb tikilib. Bu, bütün məktəb fondunun 80 faizi deməkdir. 600-dən çox tibb müəssisəsi yenidən tikilib və ya təmir edilib, 1 milyon 400 min iş yeri açılıb.

15 ilə valyuta ehtiyatlarını 24 dəfə artıran ölkə