ABŞ-da ildırım vurması nəticəsində 1 nəfər ölüb, daha 4-ü yaralanıb


Dünya 08 Apr 2018 10:09:52 270 0

ABŞ-da ildırım vurması nəticəsində 1 nəfər ölüb, daha 4-ü yaralanıb

Hadisə Uayt-Sprinqs şəhərində baş verib

Birləşmiş Ştatlarda ildırım vurması nəticəsində 23 yaşlı qadın həyatını itirib, daha 4 nəfər isə xəsarət alıb.

"Report" CNN telekanalına istinadən xəbər verir ki, hadisə aprelin 7-də Uayt-Sprinqs şəhərində (Florida ştatı) baş verib.

Telekanalın məlumatına görə, göy gurultusu zamanı 5 nəfər treylerdə gizlənib. Həmin məqamda ildırım metal avanadlığı vurub ki, nəticədə də qadın ölüb, qalan 4 nəfər isə xəsarət alıb.