Kanadada hokkey komandasının avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb


Dünya 08 Apr 2018 08:52:00 252 0

Kanadada hokkey komandasının avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb

Kanadanın Saskaçevan əyalətində "Humbolt Bronkos" hokkey komandasının avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda həlak olanların 7-sinin kimliyi müəyyən edilib: komandanın məşqçisi Darsi Hoqan, komandanın kapitanı 20 yaşlı Loqan Şats, radioşərhçi Tayler Biber və komandanın 16-20 yaş arası 4 üzvü.

Qeyd edək ki, ötən gün Kanadanın Saskaçevan əyalətində yük maşını "Humbolt Bronkos" hokkey komandasının avtobusuna çırpılıb. Avtobusda qəza zamanı 29 nəfər olub. Onlardan 14-ü hadisə yerində, biri xəstəxanada həlak olub.