Slovakiyada vertolyot qəzaya uğrayıb


Dünya 08 Apr 2018 00:26:26 231 0

Slovakiyada vertolyot qəzaya uğrayıb

Hava gəmisində iki nəfər olub

Slovakiyanın şimal-şərqində yerləşən Spişska-Nova-Ves aerodromu yaxınlığında vertolyot qəzaya uğrayıb.

“Report” xəbər verir ki, hava gəmisində iki nəfər olub. Nəticədə 56 yaşlı kişi və 42 yaşlı qadın xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur.

Qəzanın səbəbləri araşdırılır.