Onların hər birinin ailəsinə 20 min dollar veriləcək


Dünya 07 Apr 2018 22:57:00 232 0

Onların hər birinin ailəsinə 20 min dollar veriləcək

Statistik məlumatlara görə, son 15 ay ərzində Tkibuli şaxtalarında 11 nəfər ölüb

Dünən Gürcüstanda mədəndə qəza nəticəsində həyatını itirən şəxslərə görə matəm elan edilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Tkibuli şəhərində Mindeli mədənində 6 nəfər olub. Onlardan ən yaşlısı 58, ən gənci isə 25 yaşında olub. Mədənin dağılmasının səbəbləri mütəxəssislər tərəfindən araşdırılacaq.

Xatırladaq ki, mədən fəaliyyətə 30-cu illərdə başlayıb. Orada bərpa işləri isə sonuncu dəfə 60-cı illərdə aparılıb.