Bərdədə soğanın qiyməti artıb VİDEO


Digərləri 07 Apr 2018 21:22:00 318 0

Bərdədə soğanın qiyməti artıb  VİDEO

Satıcılar qiymət artımını qış soğanının azalması ilə əlaqələndirirlər. Lakin ayın sonuna kimi bu məhsulun bir qədər ucuzlaşacağı gözlənilir.

Soğanın qiyməti 2 dəfəyədək artıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Bərdə bazarındandır. Burada 30 kiloqramlıq bir kisə soğan əvvəllər 10 manata satılırdısa, indi onun qiyməti 18-20 manat arasında dəyişir. Bu da il boyu məhsullarını ucuz qiymətə satan fermerlərin üzünü güldürüb. Satıcılar qiymət artımını qış soğanının azalması ilə əlaqələndirirlər.

Həm satıcılar, həm də fermerlər bildirirlər ki, artıq bəzi sahələrdən məhsulun yığımına başlanılıb. Bu ayın sonunda isə bütün sahələrdə soğan tədarükünə başlanılacaq. Ona görə də, soğan bir qədər ucuzlaşacaq.


Xəbərə aid video