Çöl quşlarının rəngarəngliyi turistləri cəlb edir VİDEO


Digərləri 07 Apr 2018 21:23:00 220 0

Çöl quşlarının rəngarəngliyi turistləri cəlb edir  VİDEO

Köçəri çöl quşlarının Biləsuvarı özlərinə məskən seçmələri xarici turistlərin də diqqətindən yayınmayıb. Çöl quşlarının həyat tərzləri ilə maraqlanan əcnəbi tədqiqatçılar Mahmudçala qoruğunda onları müşahidə etmək üçün əla fürsət qazanırlar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, köçəri çöl quşlarını görmək üçün minlərlə kilometr qət edərək İngiltərədən Biləsuvara gəliblər. Bu turistlər ər-arvaddırlar və əsas maraq dairələri çöl quşlarının həyat tərzini tədqiq etməkdir.

Zəngin flora və faunası ilə seçilən Mahmudçala dövlət qorğuna hər il 120 mindən artıq müxtəlif növ çöl quşlarının köç etməsi turistləri bura çəkir. Mütəxəssislərin fikirncə, burada qışlayan quşlar o qədər çoxalıb ki, Azərbaycan bu baxımdan Avropada İngiltərə və Hollandiyadan sonra 3-cü yerə yüksəlib.

Azərbaycan Orinotoloji Cəmiyyətinin sədri Elçin Sultanov deyir ki, Mahmudçala qoruğunda çöl quşlarının böyük yuvalama düşərgəsinin olması avropalı mütəxəssislərin də diqqətini cəlb edir.


Xəbərə aid video