Xiyar yerinə narkotik becərdi VİDEO


Digərləri 07 Apr 2018 21:26:00 959 0

Xiyar yerinə narkotik becərdi  VİDEO

Keçmiş məhkum xiyar istixanasında narkotik becərib. Yevlax sakini diqqət çəkməmək üçün xiyar sahəsində narkotik yetişdirib. Amma onu satmaq və ya istifadə etmək ilə bağlı arzusu ürəyində qalıb.

Xiyar yetişdirdiyi istixanada narkotik becərib. Hadisə Yevlax rayonunda baş verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Qarxun kənd sakini, əvvəllər məhkum olunmuş Arif Məmmədov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış keçirilən zaman istixanada kultivasiya yolu ilə yetişidirilmiş 215 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs əməlini etiraf edərək aşkarlanan narkotik vasitəni öz istifadəsi üçün becərdiyini bildirib. O, diqqət çəkməmək üçün xiyar şitilləri ilə birgə çətənəni də istixanada yetişdirdiyini deyib.


Xəbərə aid video