Atanın haqqı nədir?


Digərləri 07 Apr 2018 21:15:00 386 0

Atanın haqqı nədir?

Övladın atasına itaət etməsi - İslamın qoyduğu vacib haqlardan biridir. Həzrət Əli (ə) buyurur: "Atanın haqqı odur ki, övladı Allah günahından savayı hər şeydə ona itaət etsin".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) atanın övladı üzərində olan haqqı barəsində buyurur: "Onu adı ilə çağırmayın. Ondan qabaqda yol getməyin. Ondan qabaqda əyləşməyin".

Bir nəfər əziz Peyğəmbərimizə (s) deyir: "Atam mənim malımı özününkü etmək istəyir". Həzrət (s) buyurur: "Sən də, malın da atanınkıdır".

Həzrət Peyğəmbər (s) buyurur: "Allahın razılığı - atanın razılığındadır. Allahın narazılığı - atanın narazılığındadır".

İmam Səccad (ə) buyurur: "Allah o kəsdən daha çox razı olar ki, ailəsini daha çox rifah və nemətdə qərar verər".