Tunisdə iki avtobus toqquşub, 2 nəfər ölüb, 70-i yaralanıb


Dünya 07 Apr 2018 19:54:09 293 0

Tunisdə iki avtobus toqquşub, 2 nəfər ölüb, 70-i yaralanıb

Hadisə Monastir şəhərində qeydə alınıb

Tunisin Monastir şəhərində iki avtobusun toqquşması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində 2 nəfər ölüb, daha 70 nəfər isə yaralanıb.