Biləsuvarda qəza: 4 nəfər ağır yaralanıb


Digərləri 07 Apr 2018 19:41:00 249 0

Biləsuvarda qəza: 4 nəfər ağır yaralanıb

Hadisə rayonun Xırmandalı kəndi ərazisində baş verib

Axşam saatlarında Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Xırmandalı kəndi ərazisində "Mitsubishi" markalı avtomobillə "Mercedes" toqquşub.

Hadisə zamanı 4 nəfərin ağır yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.