ABŞ-da hərbi vertolyot qəzası nəticəsində 2 nəfər ölüb


Dünya 07 Apr 2018 19:39:11 241 0

ABŞ-da hərbi vertolyot qəzası nəticəsində 2 nəfər ölüb

Aviaqəza təlim uçuşu zamanı baş verib

ABŞ-ın Kentukki ştatının Fort-Kempbell bazası yaxınlığında "AH-64E Apache" tipli hərbi təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, nəticədə iki hərbçi həlak olub.

Aviaqəza aprelin 6-da axşam təlim uçuşu zamanı baş verib.

Qəzanın səbəbləri hələ müəyyən edilməyib.