Nərgiz işlədiyi kanaldan getdi


Şou-biznes 07 Apr 2018 17:05:00 321 0

Nərgiz işlədiyi kanaldan getdi

"Xəzər maqazin" verilişinin redaktoru Nərgiz Əliyeva işdən çıxıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Nərgiz özü xəbər verib. O bildirib ki, telekanaldakı 2 illik fəaliyyətinə son qoyub:

"İnkişaf etmək, biliklərimi artırmaq üçün həyatımda yeni səhifə açıram. Doğma "Xəzər" ailəsiylə çətin olsa da sağollaşıram. Rəhbərliyə, "Xəzər" ailəsinə təşəkjür edirəm. "Xəzər maqazin"in yayımlanan gündən onun markaya çevrilməsi üçün çox çalışdıq".