Balaxanı tullantı poliqonunda meyvə ağacları əkilib FOTO


Digərləri 07 Apr 2018 13:04:00 297 0

Balaxanı tullantı poliqonunda meyvə ağacları əkilib  FOTO

Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda növbəti ağacəkmə aksiyası keçirilib və poliqonda 1000 ədəd meyvə ağacı əkilib

Aprelin 7-də IDEA İctimai Birliyinin təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi və "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda növbəti ağacəkmə aksiyası keçirilib və poliqonda 1000 ədəd meyvə ağacı əkilib.

Son.az bildirir ki, "Təmiz Şəhər" ASC-dən Trend-ə verilən məlumata görə, əkilən ağaclara qulluq etmək üçün xüsusi suvarma sistemi yaradılıb və "Təmiz Şəhər" ASC-nin əməkdaşları daim ağaclara qulluq edəcək.

Qeyd edək ki, son illər yaşıllıq və ağaclıq ərazisinə çevrilən poliqon ərazisi 2009-cu ilədək Bakının məişət tullantılarının açıq şəkildə atıldığı sahələr idi. Tullantıların üfunəti, yanma nəticəsində yaranan tüstü şəhərə yayılırdı. "Təmiz Şəhər" ASC fəaliyyətə başladıqdan sonra isə məişət tullantılarının alışmasının və tüstülənmənin qarşısı tamamilə alınıb. 120 hektar əraziyə malik poliqonda lazımi infrastruktur yaradılıb və tullantıların düzgün qəbuluna başlanılıb. Bununla yanaşı, poliqon ərazisində basdırılan tullantılardan ayrılan çirkab sular xüsusi filtirlər vasitəsilə təmizlənərək texniki suya çevrilir və ağacların suvarılmasında geniş istifadə olunur.


Xəbərə aid fotolar