Özbəkistan sərhədçiləri Qırğızıstan vətəndaşını güllələyiblər


Dünya 07 Apr 2018 11:15:00 308 0

Özbəkistan sərhədçiləri Qırğızıstan vətəndaşını güllələyiblər

Özbəkistan sərhədçiləri öz ölkəsinin ərazisində olan Qırğızıstan vətəndaşına atəş açıblar, nəticədə kişi ölüb

Özbəkistan sərhədçiləri öz ölkəsinin ərazisində olan Qırğızıstan vətəndaşına atəş açıblar, nəticədə kişi ölüb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, aprelin 7-də Qırğızıstanın Cəlalabad vilayətinin Aksıkay rayonunun Mamay adlı ərazisində Özbəkistan hərbçiləri Qırğızıstan vətəndaşı - Kuruluş kəndinin sakini, 1984-ci il təvəllüdlü F.M.-ə qarşı silah tətbiq ediblər. Qırğızıstan ərazisində olan F.M. xəstəxanada vəfat edib.