Qarabağda erməni komandir əsgəri vəhşicəsinə döyüb


Dünya 07 Apr 2018 11:01:00 267 0

Qarabağda erməni komandir əsgəri vəhşicəsinə döyüb

Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində yerləşən qanunsuz bölmələrdə növbəti cinayət hadisəsi qeydə alınıb

.

Son.az azvision.az-a istinadən bildirir ki, hadisə tədris batalyonunda baş verib. Belə ki, batalyonun komandiri, mayor Artur Аreyan həqiqi hərbi xidmətə çağrılan əsgəri vəhşicəsinə döyüb. Nəticədə əsgər aldığı xəsarətlərdən hərbi hospitala yerləşdirilib.

Areyan ona qarşı irəli sürülən ittihamla razılaşmayıb. O qeyd edib ki, hərbi hissədə şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlər Albert Miqranyanla Artur Simonyan arasında münaqişə yaranıb. Nəticədə ciddi bədən xəsarəti alan Simonyan Xankəndindəki hospitala aparılıb. Miqranyan isə 20 günlük intizam hərbi hissəsinə yerləşdirilib.