XİN rəhbərləri "Skripal işi"ni müzakirə edəcəklər


Dünya 07 Apr 2018 08:50:00 277 0

XİN rəhbərləri "Skripal işi"ni müzakirə edəcəklər

Nazirlər həmçinin Rusiya ilə bağlı fikir mübadiləsi aparacaqlar

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızı Yuliya Skripalın zəhərlənməsi məsələsini Lüksemburqda, aprelin 16-da müzakirə edəcəklər.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Aİ-nin saytında yayılmış məlumatda bildirilir.

Sənəddə qeyd olunur ki, XİN rəhbərləri Rusiya barəsində fikir mübadiləsi aparacaqlar. Nazirlər Solsberidə baş vermiş hücum ətrafında hadisələrin son inkişafını, xüsusən Rusiya diplomatlarının qurumun üzvü olan və üzvü olmayan bəzi ölkələrdən çıxarılması da daxil olmaqla, Aİ-nin 22-23 mart sammitini müzakirə edəcəklər.