2,1 milyard nəfər mobil cüzdandan istifadə edəcək


Digərləri 07 Apr 2018 08:35:00 236 0

2,1 milyard nəfər mobil cüzdandan istifadə edəcək

"Juniper Research" analitik şirkətinin mütəxəssisləri araşdırma apararaq proqnozlaşdırıblar ki, artıq 2019-cu ildə bütün dünyada istehlakçıların təxminən 2,1 milyard nəfəri alış-veriş və pul göndərmək üçün mobil cüzdandan istifadə edəcəklər.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu, 2017-ci ilin 1,6 milyard göstəricisini təxminən 30 faiz üstələyir.      Analitiklər qeyd edirlər ki, Hindistanda və bəzi Afrika ölkələrində ciddi artım qeydə alınacaq. Mütəmadi olaraq biometrik autentifikasiyada istifadə olunan NFC əsasında təklif edilən böyük təhlükəsizlik onları istər istehlakçılar, istərsə də satıcılar üçün daha da cəlbedici edir.     Təxminən 20 aparıcı mobil pul qablarının imkan və perspektivlərini öyrəndikdən sonra analitiklər belə qərara gəliblər ki, inkişaf üçün daha böyük imkanlara artıq bu sahədə lider mövqelərə malik "PayPal" şirkəti malikdir. "Juniper Research" mütəxəssisləri ikinci yerə Çinin "Alipay" şirkətini qoyublar.