ABŞ kosmosda ilk otel açacaq


Digərləri 07 Apr 2018 08:10:00 295 0

ABŞ kosmosda ilk otel açacaq

2022-ci ildə dünyada ilk dəfə kosmik stansiyada otel açılacaq.

Son.az "Report"a istinadən bildirir ki, kosmosdakı oteldə 12 günlük qalmaq üçün 9,5 milyon dollar xərcləmək lazım gələcək.

Bu məbləğə uçuşa üç aylıq hazırlıq müddəti, həmçinin kosmik stansiyaya gediş və geri qayıtmaq xərcləri daxildir. "Aurora" orbit stansiyasında mehmanxananın layihəsinin keçirilməsi ilə ABŞ-ın "Orion Span" şirkəti məşğuldur.