Samsung Galaxy S6 və S6 edge sahiblərinə bəd xəbər


Digərləri 07 Apr 2018 07:22:00 340 0

Samsung Galaxy S6 və S6 edge sahiblərinə bəd xəbər

"Samsung" şirkəti qabaqcıl "Galaxy S6" və "S6 edge" smartfon modelləri üçün proqram təminatı və təhlükəsizlik sistemi yenilənmələri üçün dəstəyi dayandırıb. Bu barədə şirkətin rəsmi saytında deyilir.   Son.az ICTnews-a istinadən bildirir ki, Cənubi Koreya istehsalçısı smartfonlar üçün proqram təminatı yenilənmələrinin buraxılışını iki il, təhlükəsizlik sistemini isə 3 il ərzində dayandırır. 2015-ci ilin martında buraxılan "Galaxy S6" və "S6 edge" modellərinin təqdimat tarixindən 3 il ötüb.   Bildirilir ki, bundan əvvəl şirkət tərəfindən altıncı nəslə aid iki "S" smartfonu üçün "Android Oreo" əməliyyat sisteminin buraxılacağı ehtimal edilib.      Qeyd edək ki, "Galaxy S6 Edge+" və "S6 Active" smartfonlarının yenilənməsinin dəstəklənməsi davam etdirilir.