Uzun saçlarına görə cizgi film qəhrəmanına bənzədildi FOTO


Digərləri 06 Apr 2018 23:43:00 445 0

Uzun saçlarına görə cizgi film qəhrəmanına bənzədildi  FOTO

43 yaşlı britaniyalı dizayner Viktoriya Bekhem övladları ilə Mayamidə dincəlir.

Son.az axşam.az-a istinadən bildirir ki, dizayner sosial şəbəkədə uşaqları ilə tətil fotolarını paylaşıb.Şəkillərdə ən çox diqqət çəkən isə Viktoriyanın qızı Harperin uzun saçları olub. Balaca qızcığazın saçlarına heyran qalan İnstaqram izləyiciləri ona tərif dolu sözlər yazıblar. Harper məşhur cizgi film qəhrəmanı Rapunzelə bənzədilib. "Bu ki, əsl Rapunzeldir" yazan istifadəçilər uzun saçlarını kəsdirməyə qoymadığı üçün Harperin atası Devid Bekhemə təşəkkür ediblər.


Xəbərə aid fotolar