Yeni doğulan körpəni görən MƏƏTTƏL QALDI Həkim gerçəyi açıqlayanda


Dünya 06 Apr 2018 16:48:00 279 0

Yeni doğulan körpəni görən MƏƏTTƏL QALDI  Həkim gerçəyi açıqlayanda

Dylan beş il öncə dünyaya gəldiyində anası körpədə bir anormallıq gördü.

Son.az Newsner-ə istinadən xəbər verir ki, onun vücudunun böyük hissəsi qara ləkələrlə örtülü idi.

Uşağa qoyulan anadangəlmə melanositik nevus diaqnozu səbəbi ilə vücudunun 80 faizi qara ləkə idi.

Həkimlər Dylanın anası Karaya oğlunun bir neçə dəfə əməliyyat olunmağının vacibliyini bildirdilər.

Melanositik nevus diaqnozu ilə dünyaya gələn uşaqlar büyüdükdə dəri xərçəngi ola bilər. 

Dylanın bədənindəki ləkə çox böyük olduğu üçün cərrahlar onun hammısını çıxarmaq istədi. Ancaq asan bir əməliyyat olmayacaqdı. Uşağın vücudunun başqa bir hissəsindən götürülən dəri kürəyindəki həmin yerə köçürüləcəkdi. Transplantlar səbəbi ilə Dylanın bədənində şişmələr əmələ gəlməyə başladı. Şiş nə qədər böyük olarsa o qədər yaxşı idi. Beləcə həmin hissədən götürülən dəri kürəyinə köçürüləcəkdi. Anası Kara Telegraph-a "Tək ümidimiz ləkələrin böyüməməyinə qalıb. Böyüyəcəyi təqdirdə dəri xərçəngi olmaq risqi artır. Hər 3-6 aydan bir əməliyyat keçirir. Həyatını daha yaxşı yaşaya bilsin deyə əlimizdən gələn hər şeyi edirik" dedi.