Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmə keçiriləcək


Digərləri 06 Apr 2018 16:30:00 281 0

Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmə keçiriləcək

Tədris ilinin sonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirməsinin keçirilməsi nəzərdə tutulub.

Son.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Nazirlikdən qeyd olunub ki, əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən müəllimlərlə yanaşı, nəticələrini yüksəltmək niyyətində olan müəllimlər də diaqnostik qiymətləndirmədə iştirak edə biləcəklər.