Gürcüstanda dövlət məmurlarına qara rəngli "Cip"lər sürmək qadağan edilib


Dünya 06 Apr 2018 14:59:04 303 0

Gürcüstanda dövlət məmurlarına qara rəngli "Cip"lər sürmək qadağan edilib

Baş nazir Giorgi Kvirikaşvili bütün dövlət qulluqçularını qara rəngli "Cip" erasına son qoymağa çağırıb

Gürcüstan hökuməti dövlət qulluqçuları üçün nəzərdə tutulan qara rəngli avtomobillərdən istifadəyə qadağa qoyub.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Daha əvvəl baş nazir Giorgi Kvirikaşvili bütün dövlət qulluqçularını qara rəngli "Cip" erasına son qoymağa və tədricən ekoloji təmiz nəqliyyata keçməyə çağırıb.

Dəyişikliklərə əsasən, aprelin sonuna qədər bütün nazirliklər və dövlət orqanları iqtisadi baxımdan dahasəmərəli avtomobil modelləri nəzərə alınmaqla avtoparkının optimallaşdırılması üzrə plan təqdim etməlidir.