BANMda Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirildi FOTO


Digərləri 06 Apr 2018 14:02:00 298 0

BANMda Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirildi  FOTO

Bakı Ali Neft Məktəbi (BANM), BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı, həmçinin Böyük Britaniyanın "TwentyEighty Strategy Execution" (STRATEX) şirkəti ilə birgə həyata keçirilən Layihə İdarəetmə Məktəbi "Stream 16" və "Stream 17" adlı qruplarının Məzun Gününü qeyd edib.

BANM-dan Son.az-a verilən məlumata görə, uğurlu iştirakçılarını ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr sertifikatı ilə təmin edən təlim proqramı - Layihə İdarəetmə Məktəbindən bu dəfə 24 müəssisənin 52 mütəxəssisi məzun olub. Həmin şirkətlərə SOCAR, BP, Paşa Holdinq, Paşa Siğorta, Azneft, SOCAR AQŞ, SOCAR Upstream, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Şəhər Halqası, Gilan Tekstil Park, Azerconnect, Atlantic Waste Solutions, AzIn Telekom və digərləri daxildir.

Ali Məktəbin kampusunda keçirilən tədbirdə BANM-ın rektoru Elmar Qasımov, SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmilər iştirak ediblər.

Tədbiri öz sözlərilə açan Ali Məktəbin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə ürəkdən təbrik edib, onlara layihə menecementi üzrə əldə etdikləri bilikləri öz işlərində uğurla tətbiq etməkdə müvəffəqiyyətlər diləyib.

SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Layihə İdarəetmə Məktəbini hazırda yerli mütəxəssislərin ixtisaslarının artırılması istiqamətində ən uğurlu layihə adlandırıb və bu layihənin icrasının yüksək səviyyədə həyata keçirildiyi üçün Ali Məktəbə təşəkkür edib. Xalik Məmmədov SOCAR-ın təlim və biliklərin artırılması istiqamətində öz əməkdaşlarını daim dəstəklədiyini bildirərək qeyd edib ki, bu gün proqramı uğurla başa vuranlar arasında 23 nəfər SOCAR-ın müxtəlif müəssisələrindən olan əməkdaşlar var.

Tədbirdə həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və layihənin icra edilməsində böyük rolu olan Böyük Britaniyanın Stratex şirkətinin Biznesin inkişafı üzrə meneceri Ed Hyuez çıxış edib və məzunları ürəkdən təbrik ediblər.


Xəbərə aid fotolar