Abşeronda məktəb direktorunun müavini intihar etdi


Digərləri 06 Apr 2018 12:59:00 204 0

Abşeronda məktəb direktorunun müavini intihar etdi

Xırdalan şəhərində dəhşətli intihar faktı qeydə alınıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Nərmin Elman qızı Ağalarova yaşadığı F.Əhmədov küçəsi ev 1-in çardağında özünü asıb. Hadisə günorta saat 14 radələrində qeydə alınıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. 

Qeyd edək ki, N.Ağalarova Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyib. Mərhumun 2 azyaşlı övladı var.