“Körpəm məni görəndə qorxur” Bədəninin 85 faizi yanan ananın FƏRYADI VİDEO FOTO


Digərləri 06 Apr 2018 12:40:00 234 0

“Körpəm məni görəndə qorxur”  Bədəninin 85 faizi yanan ananın FƏRYADI  VİDEO  FOTO

"Xəstənin qərarına qalsa, gərək onu itirəsən"

Son.az bildirir ki, ARB TV-nin "Sirdaş Rövşanə" proqramına bu dəfə 3 uşaq anası, bədəninin 85 %-i yanan qadının ailəsi müraciət edib.

Proqramın çəkiliş komandası qadının evində olub və o, xəstəxanada müalicə almaq üçün yardım istəyib:

"3 övladım var. Azyaşlı körpəmin ürəyində deşik var. Ona qovuşmaq istəyirəm. Qucağıma ala bilmədiyim üçün əzab çəkirəm. Digərləri özləri yaxınlaşır, amma bu körpədir. Mənə yaxınlaşır və qorxur gedir. Çox xahiş edirəm ki, mənə yardım etsinlər ki, xəstəxanada yataraq müalicə alım. Bacıdan, qardaşdan asılı olmaq istəmirəm. Utanıram, əzab çəkirəm. 10 dəqiqə otururam. Bədənim elə bil qaralır. Sanki istiotu yaraya səpirsən. Başım gicəllənir və qışqırıram. Ayağa duranda yaralarımdan qan açılır".

Qadına yardım edən bacısı Aynurə xanım bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

"Fevral ayının 15-i ehtiyatsızlıqdan qaz alov tutub yanıb. Bədəninin 85 %-i yanıb. Şok keçirib, üşütmələr baş verib. Yaraları iylənmişdi, sarğılar yaralara girmişdi. Gecə səhərə qədər yatmır".

Daha sonra efirə qonaq çağrılan Aynurə xanım hadisənin necə baş verdiyini proqramda danışıb:


Xəbərə aid fotolar