PAŞA Bank Azərbaycanın “Nağdsız ödənişlər üzrə Lider Bankı” adına layiq görülüb


Digərləri 06 Apr 2018 12:25:00 208 0

PAŞA Bank Azərbaycanın “Nağdsız ödənişlər üzrə Lider Bankı” adına layiq görülüb

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank 2017-ci ilin yekunlarına görə yerli bazarda “Nağdsız ödənişlər üzrə Lider Bank” adına layiq görülüb.

Bakı. Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank 2017-ci ilin yekunlarına görə yerli bazarda “Nağdsız ödənişlər üzrə Lider Bank” adına layiq görülüb. Bankdan Trend-ə verilən məlumata görə, bu mükafat illik əsasda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə tərəfdaşlıqda bank seqmentinin bütün iştirakçıları arasında keçirilən müsabiqə çərçivəsində verilib. PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu mükafatın alınması dövlət tənzimləyici orqanı tərəfindən Azərbaycanda nağdsız ödənişlərin inkişaf etdirilməsində Bankın əhəmiyyətli rolunun təsdiq edilməsinin təzahürüdür. "Bununla yanaşı, PAŞA Bankın 2017-ci ildə əldə etdiyi nailiyyətləri 2018-2020-ci illəri əhatə edən yeni İnkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində müəyyən edilmiş məqsəd və vəzifələr ilə həmahəngdir. Növbəti 3 il ərzində biz səylərimizi biznes fəaliyyətlərimizin transformasiyasına və rəqəmsal kanalların inkişaf etdirilməsinə yönəldəcəyik, bu isə bizə müştərilərin xidmətlə təmin edilməsinin yeni səviyyəsinə nail olmağımıza imkan verəcək", - deyə Kazımov fikirlini tamamlayıb. Qeyd edək ki, PAŞA Bankın müştərisi olan hüquqi şəxslər tərəfindən həyata keçirilən ödənişlərin və valyuta mübadiləsi əməliyyatlarının təxminən 90%-i artıq Bankın İnternet bank xidməti vasitəsilə həyata keçirilir.