İtaliyada hərbi helikopter təlimlər zamanı dənizə düşüb


Dünya 06 Apr 2018 10:43:54 296 0

İtaliyada hərbi helikopter təlimlər zamanı dənizə düşüb

"SH 212" helikopterinin dənizə düşməsinin səbəbləri hazırda aydınlaşdırılır

İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus "Mare Sicuro" ("Sakit dəniz") əməliyyatında iştirak edən helikopter təlimlər zamanı Aralıq dənizinə düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində ekipajın 5 üzvündən biri ölüb.

"Borsini" gəmisinin "SH 212" helikopterinin dənizə düşməsinin səbəbləri hazırda aydınlaşdırılır.

Helikopterin ekipaj üzvlərinin hamısıdənizdən çıxarılıb. Dörd hərbçinin vəziyyəti yaxşıdır, ekipajın beşinci üzvü Andrea Fatsio isə göyərtəyə huşsuz vəziyyətdə çıxarılıb və reanimasiya zamanı ölüb.