Tamah məqsədilə qadını öldürən şəxs saxlanıldı


Digərləri 06 Apr 2018 10:30:00 244 0

Tamah məqsədilə qadını öldürən şəxs saxlanıldı

Aprelin 3-də Beyləqan şəhərində yaşayan Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyidinin yaşadığı mənzildə tapılması barədə daxil olan məlumatla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçlirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov tutulub.