Bütün ödəniş kartlarını BirBankdan idarə et!


Digərləri 06 Apr 2018 10:05:00 305 0

Bütün ödəniş kartlarını BirBankdan idarə et!

Kapital Bank onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən müştərilərə BirBank tətbiqini təqdim edir. İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, Kapital Bank-ın istənilən ödəniş kartı və ya mobil nömrə ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər.

Əgər müştərinin istifadə etdiyi smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyirsə, tətbiqə barmaq izi ilə daxil olmaq mümkündür. BirBank vasitəsilə Kapital Bank müştəriləri hesabları, ödəniş kartları, kredit və depozitlərini banka gəlmədən idarə edə bilərlər. 

Yeni tətbiq vasitəsilə istifadəçilər həmçinin bir sıra innovativ əməliyyatları həyata keçirə bilərlər: tətbiqə istənilən bankın ödəniş kartını əlavə etmək və bu kart vasitəsilə bir sıra əməliyyatlar həyata keçirmək, telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək və s.