Apteklərdə qliserin şamı niyə yoxa çıxıb?


Digərləri 05 Apr 2018 23:50:00 359 0

Apteklərdə qliserin şamı niyə yoxa çıxıb?

Artıq 2 aydan çoxdur ki, apteklərdə qəbizlik üçün önəmli olan və bir çox insanın istifadə etdiyi qliserin şamı yoxa çıxıb. Əvvəlki vaxtlarda bu məhsulun depolarda olmadığını, tezliklə gətiriləcəyini düşünən aptek sahibləri və vətəndaşlar 2 aydır, qliserin şamının yolunu gözləyə-gözləyə qalıb.

Son.az medicina.az-a istinadən bildirir ki, bazada bu preparat yoxdur, gətirilmir, insanların tələbatına baxmayaraq nə vaxt gətiriləcəyi də məlum deyil. Apteklər sifarişini verib gözləyir.

Qliserin şamı olmadan keçinə bilməyən xəstələrə isə alternativ, lakin başqa adda və daha baha qiymətə şamlar təklif olunur. Məlumat üçün bildirək ki, qliserin şamı qəbizlik və babasil, bir çox bağırsaq problemləri, xüsusilə uşaqlar və yaşlı adamlar, əməliyyat olunan xəstələr üçün çox vacib bir dərmandır.