Adnan Oktarın “kediciyi”ndən Ərdoğana dəstək VİDEO FOTO


Digərləri 05 Apr 2018 23:41:00 234 0

Adnan Oktarın “kediciyi”ndən Ərdoğana dəstək  VİDEO  FOTO

Prezident Rəcəb Tayyib Ərdoğanın sənətçilərlə birgə Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinə səfəri Türkiyədə, xüsusilə də, müxalifər düşərgəsində birmənalı qarşılanmayıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Cümhuriyyət Xalq Partiyasının (CXP) başqanı Kamal Kılıçdaroğlu sənətçilərin və Ərdoğanın sərhəddə şənlənməsini şəhidlərin ruhuna sayqısızlıq kimi qiymətləndirib. "Bu rəzil adamların və onları ora aparan şəxsin əgər hünərin varsa, Afrin şəhidinin evinin olduğu küçədən keçsinlər və orada "Yaylalar" türküsünü oxusunlar, deyə CXP lideri bildirib.

Ziyarətdə iştirak etmiş məşhur sənətçilər Kılıçdaroğlunun ifadələrini təhqir kimi qəbul edərək məhkəməyə müraciət ediblər. Belə bir dönəmdə türkiyəli din xadimi Adnan Oktarın "kedicik"i sayılan Gülşah Gücyetməz sənətçilərin Ərdoğanla birgə fotosunu paylaşaraq "Boş tənqidlərə qulaq asmayın"- deyərək Kılıçdaroğluna tənqid mesaj yollayıb.


Xəbərə aid video


Xəbərə aid foto