Adi və xüsusi insanları tövhid anlayışı


Digərləri 05 Apr 2018 23:10:00 387 0

Adi və xüsusi insanları tövhid anlayışı

"Lə iləhə illəllah" - adi insanların tövhid anlayışıdır. Amma "Lə iləhə illə Huvə" - xüsusi insanların tövhid şüarıdır. Ancaq həm adi və həm də xas insanlar "Lə iləhə illəllah"da şərikdirlər.

"Lə iləhə illəllah" ona görə adi insanların tövhidi sayılır ki, onların dərk səviyyəsinə uyğundur. Bilək ki, tövhidin dərəcələri vardır. Onun zahiri və batini tərəfləri vardır. Zahirini hamı dərk edə bilir. Onu bir meyvəyə bənzətmək olar ki, qabığı vardır və qabığının üstündə yenə qabığı zardır. Meyvənin məğzi vardır və məğzin də məğzi vardır. O da onun şirəsidir.

Ona görə də tövhidin dərəcələrini öyrənmək istəyiriksə, bilək ki, ilk dərəcəsi - "Lə iləhə illəllah"dır ki, dildə deyilər, qəlbdə ona lazımi etiqad olmaz. Tövhidin bu dərəcəsinin də hörməti vardır və insanın malı, qanı və övladları amanlıq dairəsinə aid olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Tövhidin başqa bir dərəcəsi - batinidir. Bu tövhid şəhvəti əzər və nəfsi özünə tabe edər. Əslində şəhvət hissini məhv edər ki, hər bir şeydə şəhvətə tərəf meyil etməsin. Bu insan əgər çörək yeyərsə, ondan ləzzət almaq üçün yeməz. O, ona görə yeyər ki, itaət və ibadəti üçün gücü olsun.