Uşaqlarda qurd analizlərini nə zaman verməli?


Digərləri 05 Apr 2018 22:50:00 284 0

Uşaqlarda qurd analizlərini nə zaman verməli?

Uşaqlarda iştahsızlıq, ishal və bu kimi problemlər olduqda valideynlərin ağlına gələn ilk şey qurd olur. Onlar dərhal qurd əleyhinə preparatlar istifadə etməyə, türkəçarə üsullarına baş vurmağa başlayırlar.

Bəs hansı göstəricilər qurdun əlamətidir?   Valideynlər nə zaman hərəkətə keçməlidirlər?

Son.az medicina.az-a istinadən bildirir ki, pediatr Xəyalə Quliyeva qurd analizlərindən danışıb. Onun sözlərinə görə, qurd invaziyalarına görə qanda etdirilən analizlər vaxt və pul itkisindən başqa bir şey deyil:

"Övladlarınızda iştahsızlıq, çəki, boy artımının zəif olması, gecələr ağızdan suyun gəlməsi, diş qıcanmaları, arxa nahiyədə qaşınma, qəbizlik, ishal, qida qəbulu zamanı qarında əsasən də göbək nahiyəsində ağrılar, səhərlər ürək bulanma, öyümə, qusma əlamətləri varsa, mütləq nəcisdə qurd analizi etdirin. Əlamətlər varsa, nəcis ümumi analizində göstərmirsə, analizi ən azı 3-5 dəfə etdirin".