Məktəbə getmədən oxuyub yazmağı öyrəndi, 12 kitab yazdı


Digərləri 05 Apr 2018 22:03:00 275 0

Məktəbə getmədən oxuyub yazmağı öyrəndi, 12 kitab yazdı

Abbas fiziki əngəlli olduğu üçün öz düşüncələrini yaxınlarının köməyi ilə qələmə alır

Türkityənin Siirt vilayətində yaşayan, bədəninin 90 faizi fiziki əngəlli olan Abbas Karabulut göstərdiyi əzm ilə hər kəsi heyran qoyub. O, uşaq vaxtı vurulan səhv iynə nəticəsində sağlamlığını itirib. Lakin Karabulut 2009-cu ildən bu günə kimi 12 kitab yazıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu kitablardan biri ingilis dilindədir, 6-sı isə şeir kitabıdır. Məktəbə getməyən Abbas öz əzmi ilə oxuyub-yazmağı öyrənib. O belə deyir: "İllər öncə birinə aşiq oldum. Duyğularımı, sevgimi şeirlərimə tökdüm, sonra da oxuyub-yazmağı öyrəndim".