Elza İbrahimovanın yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)


Digərləri 05 Apr 2018 21:42:36 191 0

Elza İbrahimovanın yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində Elza İbrahimovaya həsr olunmuş tədbir keçirildi

Bakı. Beynəlxalq Muğam Mərkəzində məşhur bəstəkar, Xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Trend-in məlumatına görə, konsert Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində reallaşıb. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən bəstəkar Elza İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş tədbirlər il ərzində həyata keçirilir. Gecədə ADMİU-nun tələbələrinin ifasında Elza İbrahimovanın “Bakının işıqları”, “Sənsizliyin içində”, “O gözlər”, “Sevgilim tut əlimnən”, “Bilməzdim”, “Sən yadıma düşəndə”, “Qurban verərdim”, “Səslə məni”, “Daha məndə dözüm yox”, “Yalan ha deyil”, “Unuda bilməzsən”, “Gecələr bulaq başı”, “Sən bir nəğmə, mən bir nəğmə”, “bağçada keçmişəm”, “Mehribanım” və başqa sevilən mahnıları səsləndirilib.