Qaraciyərin fəaliyyətini bərpa etməyin yolu tapıldı


Digərləri 05 Apr 2018 21:31:00 286 0

Qaraciyərin fəaliyyətini bərpa etməyin yolu tapıldı

Stenford universitetinin tibb məktəbinin alimləri qaraciyər hüceyrələrində telomeraza fermentinin fəallığının xəfifcə artırılmasının, bu orqanın reqenerasiyasına yol açdığını müəyyən edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "EurekAlert" saytında pres-reliz dərc olunub.

Alimlər qeyd olunan metodun, sirroz və qaraciyər hüceyrələrinin qocalmasına qarşı preparatlar hazırlamağa imkan verdiyini düşünür.  

Telomeraza telomerin (hüceyrələrin parçalanması zamanı qısalan xromosomun kənar sahələri) ölçüsünün həddindən artıq kiçilməsinə əngəl olan zülal kompleksini təmsil edir.  

Telomerlərin DNT-sində zülalların aminturşulu uzlaşmaları kodlaşmadığından, bu sahələr bir növ qoruyucu funksiyanı yerinə yetirərək, genlərin zədələnməsinin qarşısını alır.

Telomerlərlərin qısalması insan orqanizmində hüceyrələrin qocalmasına təkan verən əsas faktorlardan hesab edilir.