Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün donor qanvermə aksiyası keçirilib (FOTO)


Digərləri 05 Apr 2018 19:53:00 260 0

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün donor qanvermə aksiyası keçirilib (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün donor qanvermə aksiyası keçirilib.

Bakı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün donor qanvermə aksiyası keçirilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 5-də Moskvada Dmitri Roqaçov adına Uşaq Hematologiyası, Onkologiya və İmmunologiya Milli Tibbi Tədqiqat Mərkəzində (UHOİ MTTM) uşaqlar üçün “Qanın milləti yoxdur” devizi altında donor qanvermə aksiyası keçirilib. Aksiyada 40-dan çox azərbaycanlı tələbə iştirak edib. Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev deyib: “Bu gün Uşaq Hematologiyası, Onkologiya və İmmunologiya Milli Tibbi Tədqiqat Mərkəzində Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib. RAGB tərəfindən təşkil olunmuş aksiyada Moskvada təhsil alan və yaşayan azərbaycanlı tələbələr və gənclər iştirak ediblər. Əlbəttə, bizim hamımızın istəyimiz budur ki, balaca uşaqlar heç vaxt onkoloji xəstəliklərə tutulmasınlar. Lakin Rusiyada 6 mindən çox uşaq bu xəstəlikdən əziyyət çəkir. Ümidvarıq ki, biz bu cür aksiyalar keçirməklə həmin uşaqların xəstəliyə üstün gəlməsinə bir qədər kömək edəcəyik”.