Gürcüstanda matəm elan olunub


Dünya 05 Apr 2018 19:06:28 822 0

Gürcüstanda matəm elan olunub

Bütün inzibati binalarda dövlət bayraqları endiriləcək

Gürcüstanda daş kömür şaxtasındabaş vermişqəza ilə əlaqədar ölkədə aprelin 6-sı matəm günü elan edilib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

"Hökumətin qərarı ilə 2018-ci ilin aprelin 6-sı Gürcüstanda matəm günü elan edilib. Tkibuli şaxtasında həlak olanların xatirəsinə hörmət əlaməti olaraq bütün inzibati binalarda dövlət bayraqları endiriləcək", - məlumatda deyilir.

Kömür şaxtasında baş vermiş qəzadansonra Gürcüstan prezidenti Georgi Marqvelaşvili əmək mühafizəsi sahəsinə nəzarəti gücləndirməyi tapşırıb.

Qeyd edək ki, aprelin 5-də gecə saatlarında Gürcüstanın Tkibuli bölgəsindəki Mildeli şaxtasında qəza baş verib. Nəticədə 6 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.