Qadın qızının kimdən olduğunu biləndə ŞOK KEÇİRDİ


Dünya 05 Apr 2018 18:08:25 257 0

Qadın qızının kimdən olduğunu biləndə ŞOK KEÇİRDİ

Həkimin süni mayalanma zamanı, əslində, öz spermasından istifadə etdiyi 36 il sonra ortaya çıxıb.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da Kelli Rovlette adlı bir qadın Ancestry.com (Soyağacı.com) adlı internet saytından DNT-sinin nəticəsini göndərməklə gerçək atasının doğumunu həyata keçirən həkim olduğunu öyrənib.

Gerald E. Mortimer adlı həkimin 36 il öncə süni mayalanma zamanı öz spermasından istifadə etdiyini öyrənən ailə ondan məhkəməyə şikayət edib.

Amerika mətbuatının gündəminə düşən hadisədə Kelli Rovlette adlı 36 yaşlı qadının Ancestry.com internet saytından gələn cavabı görüncə, öncə inanmadığı qeyd edilir.

Şikayətdə 1980-ci ildə Hovard Fovler və Sally Eşby adlı cütlük övladları olmadığı üçün Gerald E. Mortimer adlı həkim tərəfindən müalicə almağa başlayır.

Süni mayalanma zamanı cütlük donorun universitetdə oxuyan, 1,80 boylu, qəhvə rəngli saçı və mavi gözlü bir oğlan olmasını tələb edirlər.

Həkimin bu özəlliklərə sahib birinin olduğunu deməsi ilə proses həyata keçirilir.

Ancaq cütlük qızları Rovletteyə süni mayalanma yolu ilə dünyaya gəldiyi barədə heç nə demir.

Rovlette Ancestry.com-dan gələn cavabı 800 kilometr uzaqda yaşayan bir həkimin adının atası olaraq çıxmasını saytın etibarsızlığı kimi dəyərləndirib, bunu anası Sally Eşbiyə danışıb.