Türkiyədə universitet müəllimi 4 həmkarını güllələyib - YENİLƏNİB


Dünya 05 Apr 2018 17:57:00 229 0

Türkiyədə universitet müəllimi 4 həmkarını güllələyib - YENİLƏNİB

Onun əsas hədəfi fakültənin dekanı olub

“Volkan Bayer adlı elmi işçimiz dekanın otağına girib, Cemil Yüceltəsadüfən orada olmayıb”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Osmanqazi Universitetinin rektoru, professor, doktor Hasan Gönen Pedaqoji fakültəyə silahlı hücümla bağlı açıqlamasında bildirib.

“Fatih bəy orada imiş, onu vurub. Daha sonra dekan müavini və yuxarı mərtəbədəki iki elmi işçimizə atəş açaraq öldürüb. O, əlində tapança binanı tərk edərkən təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən müşayiət edilib. Sonra polis tərəfindən saxlanılıb”, - rektor vurğulayıb.

Dekan Cemil Yücel isə Volkan Bayerin əsas hədəfinin özünün olduğunu bildirib: "Ancaq məni kabinetdə tapmayınca digərlərini güllələyib".

Qeyd edək ki, silahlı hücum nəticəsində fakültənin katibi Fatih Özumutlu və 3 doktorant öldürülüb, 3 nəfər isə yaralanıb.

*** 16:29

Türkiyədə universitet müəllimi 4 həmkarını güllələyib.

“Report”“Ahaber”ə istinadənxəbər verir ki, hadisəEskişehir şəhərində yerləşən Osmanqazi Universitetinin Pedaqoji fakültəsində baş verib.

Adı açıqlanmayanbir müəllim həmkarlarınasilahlı hücum edib. Nəticədə 4 müəllim ölüb.

Bildirilib ki, polis hücum etməkdə şübhəli bilinən müəllimi tutub.