Qəzada ölən gənc qız mahnı müsabiqəsinin iştirakçısı olub VİDEO FOTO


Dünya 05 Apr 2018 14:20:00 276 0

Qəzada ölən gənc qız mahnı müsabiqəsinin iştirakçısı olub  VİDEO  FOTO

Türkiyənin Tekirdağ vilayətində avtomobil qəzasında həyatını itirən üç şəxsdən biri olan Ebru Demirin bir vaxtlar TV8-də yayımlanan "Rising Star Türkiyə" adlı mahnı yarışmasında iştirak etdiyi ortaya çıxıb.   Son.az Haberler-ə istinadən xəbər verir ki, hərbi xidmətə getməyə hazırlaşan 23 yaşlı Ali Can Yılmazın idarə etdiyi lüks avtomobil, əyləncədən qayıdarkən yüksək sürət səbəbi ilə yük maşınına çırpılıb.

Sürət həddi 140 olduğu deyilən cipin sürücüsü ilə yanında olan tanışları - "Rising Star Türkiyə" iştirakçısı 23 yaşlı Ebru Demir və təzəlikcə ərindən ayrılan bir uşaq anası Esengül Comba ölüb.

Məhəmməd Vaqif Son.az


Xəbərə aid fotolar