Zərif: "Vaşinqtonun nüvə silahları ilə bağlı planları yeni silahlanma yarışına gətirib çıxaracaq"


Dünya 05 Apr 2018 13:17:52 273 0

Zərif: "Vaşinqtonun nüvə silahları ilə bağlı planları yeni silahlanma yarışına gətirib çıxaracaq"

Nüvə silahlarının müasirləşdirilməsi ilə bağlı Vaşinqtonun 1,2 trilyon dollar xərcləmək planları yeni silahlanma yarışına gətirib çıxaracaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq konfransında deyib.

O bildirib ki, ABŞ hökumətinin artmaqda olan etinasızlığı da silahlanmanı gücləndirəcək.

Nazir əlavə ediib ki, Qoşulmama Hərəkatı silahsızlaşdırılma üzrə səyləri davam etdirməlidir.